Günay Bank 2017-ci ildə 4 milyon 99 min manat xalis mənfəət əldə edib. FED.az xəbər verir ki, həmin dövrdə bankın faiz və gəlirləri 66 milyon 915 min manat təşkil edir.
Bunun 6 milyon 592 min manatı kreditlər üzrə faizlərdən əldə edilib. Kənd təsərrüfatı kreditləri üzrə faiz gəlirləri 401 min manat, tikinti sahəsi üzrə kreditlərin faiz gəlirləri 5 milyon 770 min manat olub. Faizlər və onlarla bağlı xərclər isə 3 milyon 805 min manat təşkil edib. Bu xərclərin 991 min manatı depozitlər üzrə faizlərə xərclənib. Nəticədə xalis faiz gəliri 3 milyon 109 min manat səviyyəsində qərarlaşıb. Bankın qeyri-faiz gəlirləri isə faiz gəlirlərini 2 dəfədən çox üstələyir və 8 milyon 502 min manatdır. Bu gəlirlərin strukturuna baxsaq, valyuta mübadiləsindən 5 milyon 193 min manat gəlir götürüb. Bankın əməliyyat mənfəəti 7 milyon 300 min manatı ötüb. Bunun 3 milyon 204 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalardır. Kredit və depozit itkiləri üzrə ehtiyata ayırmalar isə 3 milyon 206 min manatdır.
Eyni zamanda “Günay Bank”ın aktivləri 62% artaraq 192 milyon manata yüksəlib. Maraqlıdır ki, digər bankların kredit portfeli kiçildiyi halda, bu bankın payı artıb və 114 milyon 234 min manatdır. Öhdəliklərin həcmi isə artaraq 131 milyon manat təşkil edib. Öhdəliklərdə depozit portfelinin tutumu isə 86 milyon manatdır. Bank korporativ müştəri seqmentini genişləndirib və hüquqi şəxslərin depozitləri üzrə göstəricidə yuvarlaq olaraq 34 dəfə artıma nail olub: 49 milyon 924 min manat.
İlhamə Abdullayeva
"Günaybank"ın kredit portfeli artdı: HESABAT
11:07
12 Yan 2018