“Günay Bank” ASC 2019-cu ilin 1-ci rübünü 391 min manat xalis mənfəət ilə başa vurub.
FED.az Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-mart dövründə “Günay Bank”ın cəmi gəlirləri 4 milyon 360 min manat cəmi xərcləri isə 4 milyon 245 min manat təşkil edib.
Eləcə də bax: Azərbaycan bankları 1-ci rübü necə tamamlayıb? – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI – YENİLƏNİR
«Günay Bank» birinci rübün nəticələri ilə bağlı hesabatını açıqlayıb. FED.az xəbər verir ki, birinci rübdə bankın faiz gəlirləri 2 milyon 818 min 620 manat, faiz xərcləri 2 milyon 61 min 150 manat təşkil edib.
Birinci rübdə «Günay Bank» qeyri-faiz əməliyyatlarından 1 milyon 541 min 830 manat əldə edib, qeyri-faiz xərcləri isə 1 milyon 817 min 390 manat olub. Bankın faiz borcları üzrə yaradılmış məqsədli ehtiyyatları 367 min 260 manat olub.
Hesabata görə, bank ilk rübü 114 min 630 manat əməliyyat mənfəəti ilə başa vurub. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar 276 min 170 manat təşkil edib. Nəticədə bankın xalis mənfəəti 390 min 810 manat təşkil edib.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə azdır.
Xatırladaq ki, «Günay Bank» 2018-ci ilin birinci rübünü 1 milyon 266 min 650 manat mənfəətlə başa vurmuşdu.
2019-cu ilin birinci rübündə «Günay Bank»ın aktivləri və kapitalı artıb. Bankın aktivləri 6.6% artaraq 203 milyon 730 min 960 manata, kapitalı isə 2% artaraq 62 milyon 552 min 40 manata çatıb.
©Marja