31 Yanvar 2018-ci il tarixinə banklarda əhalinin əmanətləri 7 milyard 482.5 milyon manat təşkil edib. FED.az xəbər verir ki, dekabr ayının sonu ilə müqayisədə əhalinin əmanətləri 60 milyon manat azalıb.
Beləki, 31 Dekabr 2017-ci il tarixində banklarda əhalinin 7 milyard 542.5 milyon manat əmanəti vardı. Banklar dollar və manat üzrə əmanət faizlərini azaltdıqlarından banka pul qoyanların sayı azalıb. Üstəlik, dekabr ayında DəmirBankın bağlanması nəticəsində sistemdən xeyli məbləğdə əmanət çıxarıldı.
| Öhdəliklər | 31.01.2018 |
| 1. Depozitlər (maliyyə institutları istisna olmaqla) | 16,914.6 |
| 1.1 Fiziki şəxslərin depoziti | 7,482.5 |
| 1.1.1 müddətli | 5,225.5 |
| 1.1.2 tələbli | 2,257.0 |
| 1.2 Hüquqi şəxslərin depoziti** | 9,432.1 |
| 1.2.1 müddətli | 1,810.8 |
| 1.2.2 tələbli*** | 7,621.3 |
| 2. Mərkəzi Bankın banklara qarşı tələbləri | 501.7 |
| 3. Loro hesablar | 216.8 |
| 4. Maliyyə institutlarının depozitləri | 1,476.4 |
| 5. Bankların kreditləri | 142.5 |
| 6. Digər maliyyə institutlarının kreditləri | 1,825.1 |
| 7. Banklar tərəfindən buraxılmış qiymətli kağızlar | 1,852.7 |
| 8. Digər passivlər | 1,438.1 |
| 9. Cəmi öhdəliklər |
24,367.9 |













