Kredit kampaniyalarını müştəriləri üçün daim sərfəli, əlçatan edən və onların arzularını gerçəkləşdirməsinə imkanlar yaradan “Expressbank”, yayda ödənişləri kreditə deyil, istirahətə xərcləmək üçün yeni imkan yaradır.
Müştərilər 2 ay sonra əsas borca güzəşt olmaqla yalnız faiz ödənişlərini edib, əsas borc hissəsini isə 2 ay sonra ödəməklə 30.000 manatadək nağd pul kreditini heç bir komissiya və sığorta haqqı ödəmədən əldə edə bilərlər.
Üstəlik balansında 10.000 manatadək Expresso Standart, GOLD və Platinum kredit kartları müştərilərə hədiyyə olunacaq!
Kampaniyada həm aşağı faiz, həm də komissiyasız nağd pul kreditini əldə etmək istəyən müştərilər “Expressbank” ın istənilən filialına yaxınlaşa və ya bankın onlayn xidmət kanallarından – SİFARİŞ linkinə keçid edərək, Express24 mobil tətbiqindən, 050 444 41 32 whatsapp nömrəsindən, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya bankın rəsmi saytından krediti banka yaxınlaşmadan sifariş edə bilərlər. Bank məhsulları və xidmətləri barədə ətraflı məlumatı bankın rəsmi saytına https://www.expressbank.az daxil olaraq və ya 132 Məlumat mərkəzinə zəng edərək əldə edə bilərsiniz.