Azərbaycan Respublikasında hazırda fəaliyyət göstərən banklar sırasında ilkin kommersiya banklarından olan “Expressbank” ASC 2019 – cu ilin ikinci rübünün maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, hesabata əsasən Bankın xalis mənfəəti ötən ilin II rübü ilə müqayisədə 3.15 dəfə artaraq 3.13 mln manata çatıb. Həmçinin son rüb ərzində Bank öz aktivlərini 8.1% və ya 26.2 mln. manat artıraraq dinamik inkişaf göstəricilərinə nail olmuşdur. Nəticədə kapitalın illik gəlirlik göstəricisi 5.1%-dək yüksəlmişdir.
Eləcə də bax:Azərbaycan Beynəlxalq Bankı sahibkarlar üçün daha bir - KREDİT MƏHSULUNU TƏQDİM ETDİ
Bankın müştərilərə verdiyi kredit portfeli ötən ilin II rübü ilə müqayisədə 19.5%, ilin əvvəlindən isə 10.4% artaraq 245.35 mln manat təşkil etmişdir. Kredit risklərinin səmərəli idarə edilməsi nəticəsində portfelin problemli hissəsi isə ötən ilin eyni dövrü ilə müqayisədə 2.4%-dən 1.2%-ə qədər azalmışdır.
İlin birinci yarısının yekununda Bankın faiz gəlirləri 18.73 mln manat, faiz xərcləri isə 5.15 mln. manat olmuşdur. Beləliklə 13.8 mln. manat faiz mənfəəti əldə edilmişdir ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 15.3% artım deməkdir.
Kapitalın adekvatlıq səviyyəsinə görə Bank yüksək nəticələr nümayiş etdirərək dayanıqlıq göstəricilərinə görə aparıcı sıralarda qərarlaşmışdır. Belə ki, cari ilin II rübünə I dərəcəli kapitalın adekvatlığı 39%, məcmu kapitalın adekvatlığı isə 41% təşkil etmişdir.
Fəaliyyətini müştəri məmnunluğunun və xidmətinin yüksək səviyyədə saxlanmasına və hər bir müştərinin etibarlı tərəfdaşına çevrilməsinə yönəldən Expressbank-da cari ilin yarısına əhalinin yerləşdirdiy əmanətləri illik 17,3% və ya 20.3 mln. manat artaraq 137.3 mln. manat təşkil etmişdir.