Azərbaycan Beynəlxalq Bankı korporativ biznesin inkişafına dəstək məqsədilə
daha bir kredit məhsulunun tətbiqinə başlayıb. Bankın təqdim etdiyi yeni kredit
məhsulu “İnvoysların maliyyələşdirilməsi” adlanır. Korporativ müştərilər, o cümlədən
kiçik və orta sahibkarlar elan edilmiş hesab-faktura üzrə debitor borclarının ödənişi
məqsədilə bu imkandan faydalana bilərlər. Belə ki, bu məqsədlə müvafiq sənədləri
təqdim edən korporativ müştərilərə Azərbaycan Beynəlxalq Bankı hesab-fakturada
göstərilmiş məbləğin 80%-dək kredit limiti ayırır.
Eləcə də bax:Azərbaycanda elektron ticarətin həcmi - 2 DƏFƏYƏ YAXIN ARTIB
“İnvoysların maliyyələşdirilməsi” kreditinin özəllikləri:
• Kreditin məbləği - 500.000 manatadək
• Kreditin müddəti - 12 ayadək
• İllik faiz dərəcəsi - 15%-dən başlayaraq
FED.az xəbər verir ki,müxtəlif biznes ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulmuş bu krediti
Azərbaycan Beynəlxalq Bankının filiallarından almaq mümkündür. Bankın iş
adamlarına yaratdığı biznes krediti imkanları barədə daha ətraflı məlumatla bu link
vasitəsilə tanış olmaq və uyğun kredit məhsulunu link üzərindən onlayn qaydada
sifariş etmək olar: https://www.ibar.az/az/internet-banking/corporate-
internetbank/biznes-krediti-onlayn-sifari-et/ Müştəri bankın biznes kreditləri barədə
daha ətraflı məlumatı 937 nömrəli Məlumat Mərkəzinə zənglə də əldə edə bilər.
Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin
direktoru Ülvi Qasımov bildirib: “Bankımız tərəfindən təqdim edilən bu yeni
məhsul sahibkarlara maliyyə resurslarına daha çevik çıxış imkanı yaratmaqla
bizneslərinin inkişafına təkan verəcək. Xüsusilə, kiçik və orta sahibkarlar
bundan faydalanaraq maliyyə resurslarına çıxış imkanlarını daha da
genişləndirə biləcəklər. Sahibkarlar filiallarımıza müraciət edərək, həmçinin
bankın korporativ saytından onlayn kredit sifarişi verərək bu fürsətdən
yararlana bilərlər”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri
barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet
səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook
səhifəsindən əldə etmək olar.
Azərbaycan Beynəlxalq Bankı sahibkarlar üçün daha bir - KREDİT MƏHSULUNU TƏQDİM ETDİ
16:36
26 İyul 2019