“Expressbank” sadəcə maliyyə və bank sektoruna aid olan layihələri ilə deyil, həmçinin, sosial dəstək yönümlü proqramlara və layihələrə verdiyi dəstəyi ilə də aparıcı yerlərdən birini tutur.
“Expressbank”dan hər kəsə illik - 12%-LƏ KREDİT
Bank, Özünüməşğulluq Proqramı çərçivəsində aztəminatlı və əhalinin həssas qrupundan olan vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində vətəndaşlara dəstək olmağa davam edir. Proqrama müraciət etmiş vətəndaşlar: Bakı şəhər sakini Cəlilov Firuz çatdırılma xidməti, İmişli rayon sakinləri Xuraman Abdulova, Bahar Musayeva, Saatlı rayonu sakinləri Rasimə Süleymanova, Arzu Heydərova kiçik dərzilik sexi və Yardımlı rayon sakini Pərvin Nağıyev arıçılıq təsərrüfatı avadanlıqları ilə təmin edilmişdirlər.
Xüsusilə qeyd etmək istərdik ki, “Expressbank” tərəfindən layihə çərçivəsində 50 vətəndaşa dəstək olunmuşdur və bu proses davam etdiriləcəkdir.
Özünüməşğulluq layihəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasındakı əməkdaşlıq əsasında davam edir.