2017-ci ilin dekabrında «Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu»nun agent bankları ümumi məbləği 36,6 milyon manatdan artıq olan 500 ipoteka krediti veriblər.
FED.az xəbər verir ki, dekabrda ipoteka kreditlərinin sayı noyabra nisbətən kəskin artıb. Belə ki, noyabrda fondun xətti ilə ümumi məbləği 25 milyon manat olan 315 ipoteka krediti verilmişdi. Ümumilikdə 2017-ci ildə İpoteka Fondunun xətti ilə 240 milyon manatlıq 3 295 ipoteka krediti verilib.
Azərbaycanda ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək fondun xətti ilə ümumi məbləği 944,26 milyon maenat olan 21 268 ipoteka krediti verilib.
Xatırladaq ki, hazırda ipoteka kreditləri i ki formada verilir. Güzəştli ipoteka kreditləri 30 illik, adi ipoteka kreditləri isə 25 illik müddətə verilir. Güzəştli kreditlərdə illik faiz dərəcəsi 4%-dən, adi kreditlərdə isə 8%-dən yüksək olmamalıdır. Kreditlərin verilməsi üçün ilkin ödəniş isə alınan mənzilin və ya evin qiymətinin 15-25%-i arasında dəyişir.
Dekabrda 500 nəfərin bəxti gətirib - ipoteka krediti
19:16
4 Yan 2018