"Bank Avrasiya"nın problemli kreditlərinin həcmi 6 milyon 559 min manatdır. FED.az xəbər verir ki, bank ümumilikdə 91 milyon 992 min manatlıq kredit verib. Beləliklə, vaxtı keçmiş kreditlərin cəmi portfeldə çəkisi 7,1 faiz təşkil edir.
Kreditlər yalnız Bakı, Abşeron və Sumqayıt sakinlərinə verilib, yəni region sahibkarları ilə bankın əməkdaşlığı yoxdur.
Bankın kredit portfelinin bu ilin birinci rübü üzrə göstəricilərinə baxsaq görərik ki, pulunu emal sənayesi, istehlak və ipoteka krediti alan fiziki şəxslərə, kənd təsərrüfatı, ticarət müəssisələrinə yönəldib.
Bu bankın problemli kreditləri portfelin cəmi 7%-ni tutur
15:45
17 May 2018