Azərbaycanın ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı – ABB-nin kredit portfeli ilin əvvəlindən bəri 400 milyon manatdan çox artaraq rekord həddə yüksəlib.
FED.az bankın maliyyə vəziyyəti hesabatına istinadən xəbər verir ki,
2022-ci ilin 3-cü rübünün sonuna bankın kredit portfeli 3 milyard 518 milyon manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə 419 milyon manat və ya 13,5% artıqdır.
Xatırladaq ki, ilin əvvəlindən ABB-nin kredit portfeli 3 milyard 99 milyon manat idi.
Bu dövrdə bankın biznes kreditləri portfeli 156 milyon manat və ya 10% artaraq 1 milyard 743 milyon manata yüksəlib.
Bankın ayırdığı ipoteka kreditləri isə 115 milyon manat və ya 16%-ə yaxın artaraq 849 milyon manat olub.
2022-ci ilin ilk 9 ayı ərzində ABB-nin istehlak kreditləri portfelində 147 milyon manatlıq artım olub və bu göstərici 926 milyon manata yüksəlib.