Azərbaycan Beynəlxalq Bankı ASC Təminat Departamentinin Təmir-tikinti və təchizat şöbəsinə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
Biznes bölmələrlə sıx əməkdaşlıq şəraitində həmin bölmələrin zəruri mal- material və xidmətlərlə təmin edilməsi üzrə planlamanın həyata keçirilməsində iştirak edilməsi;
Tabe olduğu və ya digər biznes menecerlərə davamlı satınalmalar üzrə ehtiyac planların hazırlanması üçün təşəbbüslərin təqdim olunması;
Təchizat üzrə müqavilələrin bağlanması üzrə keyfiyyət, qiymət, xidmət və risklərin azaldılması üçün ən optimal təkliflərin əldə olunması üçün danışıqların aparılması;
Satınalma ilə əlaqədar təkliflərin toplanması işində iştirak;
Fəaliyyət sahəsində bütün sənədlərin düzgün tərtibi və onların saxlanılması;
Tələb olunan səriştələr:
Problemlərin həll etmək;
Təşkilatçılıq;
Analitik təhlil;
Ünsiyyət və komandada işləmək;
Vaxtın səmərəli idarəedilməsi;
Vakant vəzifə üzrə tələblər:
Ali təhsil;
Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi;
Ofis proqramları ilə iş bacarığı;
Müqavilələrlə iş təcrübəsi;
Bu iş sizə nələri qazandıracaq:
Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
Adekvat əmək haqqı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 17 Dekabr 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Təmir-tikinti və təchizat şöbəsinə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az