Azərbaycan Beynəlxalq Bankı
Vəzifə öhdəlikləri:
Azərbaycan ipoteka fondu vasitəsilə kreditləşmə ilə əlaqədar müştəriləri qəbul etmək;
İlkin mərhələdə tələb olunan sənədlər toplusunu müştəridən təhvil alaraq icra üçün yönləndirmək;
Azərbaycan ipoteka fondu vasitəsilə kreditləşmə istiqamətində sənəd dövriyyəsinin hazırlanması, nizamlanması və tam paket formasında təqdim edilməsi;
Tələb olunan səriştələr:
Analitik təhlil, problemləri həll etmə bacarığı;
Müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmə bacarığı;
Vaxtı idarəetmə və operativ şəkildə işləmək bacarığı;
Vakant vəzifə üzrə tələblər:
Ali iqtisadi təhsil;
Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
Azərbaycan və rus dillərində səlist danışmaq/yazmaq bacarığı.
Bu iş sizə nələri qazandıracaq:
Bank sahəsində iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 Dekabr 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Gəncə filialı üçün Azərbaycan ipoteka fondu vasitəsilə kreditləşmə istiqaməti üzrə namizəd” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az