Bu dəyişikliklər indiyədək davam edir, bəzi banklar artıq dekabrdan əmanət şərtlərində yeniliklər tətbiq ediblər. Dəyişikliklər əmanətlərin faizlərinə, müddətlərinə, həm qəbul edilən məbləğlərə, həm də əmanət şərtlərinə aiddir. Beləliklə…
«Qorxulu» dollar əmanətləri
Əsas yeniliklərdən biri bankların dollar əmanətinən uzaq durmalarıdır. Məsələn «Naxçıvanbank» ümumiyyətlə dollar əmanəti qəbul etmir. Digərləri isə dollar əmanətini 1 ildən artıq qəbul etmirlər. Əmanət şərtlərinə baxanda belə təəssürat yaranır ki banklar müştərilərə mədəni şəkildə «biz dollar əmanəti istəmirik» demək istəyirlər.
Beynəlxalq Bank, Bank Respublika, Xalq Bank, ASB, hətta Pakistan Mill Bankı da dollar əmanətləri ilə müqaviləni 12 aydan artıq bağlamırlar.
Dollar əmanətləri üzrə faizlər də aşağıdır. 4 bankda dollar əmanətinin faizləri 1%-dən də aşağıdır. 4 bankda isə dollar əmanəti illik 1%-lə götürülür.
Yalnız 3 bank dollar əmanəti üzrə şübhəli dərəcədə yüksək faizlər təklif edirlər. Bunlar «Atabank» və «Muğanbank» (illik 6% təklif edirlər), eləcə də «Turanbank»dır (4,5%). Üstəlik, başqa banklar dollar əmanətlərini cəmi bir illiyə qəbul etdikləri halda bu banklar 5 illiyə qəbul etməyə hazırdırlar. Xatırladaq ki, dollar əmanətləri üzrə sığortalanan hədd cəmi 3%-dir. Başqa sözlə bu üç təklifin heç birində əmanət sığortalanmır.
Üstəlik, bəzi banklarda etiraf etdilər ki, ilin sonunda faiz dərəcələri bir qədər də aşağı salına bilər.
Manat əmanətləri daha realdır
Dollar əmanətlərindən fərqli olaraq manat əmanətlərində şərtlər daha normaldır. Bankların əksəriyyətində manat əmanətləri üzrə faizlər 9-12% ətrafındadır. Burada da ən yüksək gəlirlilik faizini «Turan Bank», «Atabank» və «Muğanbank» təklif edir. Birincidə əmanətlər illik 16,5%-lə, qalan ikinsində isə illik 15%-lə qəbul edilir.
Bəzi banklar isə dollar əmanəti kimi, manat əmanətini də götürmək istəmirlər. Manatla ən aşağı əmanət faiz isə Azərbaycan Sənaye bankındadır – illik cəmi 1%. Pakistan Milli Bankı manat əmanətini illik 1,5%-lə, Bank Silk Way isə illik cəmi 2%-lə qəbul edir. Naxçıvanbankın da manat əmanətinə ehtiyacı yoxdur – illik cəmi 4%.
Digər şərtlərə gəlincə, banklardan bəziləri əmanətlərin həcmi ilə bağlı yeni tələblər irəli sürürlər. Məsələn, «Paşa Bank» yalnız məbləği 100 min manat və ya 100 min dollardan yuxarı olan əmanətləri qəbul edir və s.
Qeyd edək ki, əmanətlərin sığortalanması Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən dollar üçün 3%, manat üçün 15% nəzərdə tutulub.
FED.az bankların əmanət faizlərini təqdim edir:
Bankın adı | Dollarla | Manatla | Müqavilə müddəti dollarla | Müqavilə müddəti manatla |
Günay Bank | 3% | 12% | 12 ay | 12 ay |
AtaBank | 6% | 15% | 1-60 ay | 1-60 ay |
Az-Türk Bank | 0.5% | 11% | 6-24 ay | 6-24 ay |
Access Bank | 3% | 13% | 6-24 ay | 1-24 ay |
Bank VTB | 2.7% | 12% | 3-24 ay | 3-24 ay |
Rabitə Bank | 2% | 9% | 3-24 ay | 3-24 ay |
Bank Silk Way | 1.5% | 2% | 12 ay | 12 ay |
UniBank | 2% | 10% | 12-24 ay | 6-36 ay |
Bank Respublika | 0.5% | 8% | 12 ay | 12 ay |
Xalq Bank | 1% | 6% | 12 ay | 12 ay |
AG Bank | 2% | 14% | 6-24 ay | 3-24 ay |
Muğan Bank | 6% | 15% | 1-60 ay | 1-60 ay |
Yapı Kredi Bank | 0.75% | 11% | 1-36ay | 1-36 ay |
ABB | 2% | 11% | 12 ay | 12-36 ay |
Turan Bank | 4.5% | 16.5% | 6-36 ay | 3-36 ay |
Express Bank | 1.5% | 10.4% | 12-24 ay | 12-24 ay |
Amrah Bank | 3% | 10% | 3-36 ay | 3-36 ay |
Bank Nikoil | 3% | 10.5% | 3-36 ay | 3-36 ay |
NBC Bank | 3% | 14% | 1-36 ay | 1-36 ay |
Ziraat Bank Azərbaycan | 1% | 9% | 3-36 ay | 3-36 ay |
Azərbaycan Sənayə Bankı | 1% | 1% | 12 ay | 12 ay |
Bank BTB | 2% | 12% | 3-36 ay | 3-36 ay |
Naxçıvanbank | - | 4% | - | 12 ay |
BankMelli İran | - | - | - | - |
Pakistan Milli Bankı | 1,5% | 1,5% | 12 ay | 12 ay |
Paşa Bank | 0.5% | 8.5% | 3-60 ay | 3-60 ay |