Azərbaycandakı Rusiya kapitallı Bank VTB (Azərbaycan) ASC 2019-cu ilin ilk rübü üzrə hesabatını açıqlayıb. FED.az xəbər verir ki, uzun müddətdən sonra bank mənfəətə çıxıb.
Eləcə də bax: Azərbaycan bankları 1-ci rübü necə tamamlayıb? – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI – YENİLƏNİR
Bankın hesabatına əsasən, ilk rübdə bankın faiz gəlirləri 2 049 min manat, faiz xərcləri 1 753 min manat, xalis faiz mənfəəti 296 min manat olub.
Bu döırdə bankın qeyri-faiz gəlirləri 1 346 mirn manat, qeyri-faiz xərcləri isə 3 864 min manat olub. Nəticədə 2019-cu ilin birinci rübündə Bank VTB Azərbaycanın əməliyyat zərəri 2 222 min manat təşkil edib.
Bununla yanaşı, bankın aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarından geri götürülən məbləğ 3 716 min manat olub.
Nəticədə bank 2019-cu ilin ilk rübünü 1 494 min manat xalis mənfəətlə başa vurub.
Xatırladaq ki, Bank VTB Azərbaycan 2018-ci ilin birinci rübünü 247 milyon 412 min manat zərərlə başa vurmuşdu. Goründüyü kimi, bank bu il zərərdən mənfəətə keçib.
Birinci rübdə Bank VTB Azərbaycanın demək olar ki, bütün göstəriciləri üzrə müsbət dinamika baş verib.
Belə ki, ilk 3 ayda bankın cəmi aktivləri 12% artaraq 151 milyon 521 min manat, öhdəlikləri 18,1% artaraq 94 851 min manat olub.
Bu dövrdə bankın kredit portfeli 23,7% artaraq 61 144 min manata yüksəlib.
Bankdakı depozitlər də artmağa başlayıb və 16% yüksələrək 68 116 min manat olub.
Birinci rüb ərzində Bank VTB-nin cəmi kapitalında da artım olub və 3,1%-lik yüksəlişlə 56 671 min manat təşkil edib.
"Bank VTB Azərbaycan" da mənfəət açıqladı – GÖSTƏRİCİLƏR MÜSBƏTDİR - HESABAT
18:14
30 Aprel 2019