“Bank Respublika” 2019-cu ildə müştərilərinə 484 milyon 508 min manat kredit verib. Bu göstərici 2018-ci illə müqayisədə 140 milyon 878 min manat və ya 41% çoxdur. Bank 2018-ci ildə 343 milyon 630 min manat kredit verib.
Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
FED.az xəbər verir ki, bankın kredit portfelinin 73,5%-ni biznes kreditləri təşkil edib. Hesabata görə, bank 2019-cu ildə 356 milyon 522 min manat biznes krediti verib. Bu 2018-ci illə müqayisədə 114 milyon 161 min manat və ya 47,1% çoxdur. Maliyyə təşkilatı 2018-ci ildə iş adamlarına 242 milyon 361 min manat biznes krediti vermişdi.
Biznes kreditləri ilə yanaşı bankın daşınmaz əmlaka verdiyi kreditlər də artıb. Belə ki, ötən il bank qeyd edilən sektora 50 milyon 075 min manat kredit verib ki, bu da 2018-ci illə müqayisədə 4 milyon 299 min manat və ya 9,4% çoxdur. Bank 2018-ci ildə daşınmaz əmlak sektoruna 45 milyon 776 min manat kredit verib.
“Bank Respublika”biznes və daşınmaz əmlak kreditləri ilə yanaşı istehlak kreditlərinin həcmini də artırıb. Bank 2019-cu ildə 77 milyon 214 min manat istehlak krediti verib ki, bu da 2018-ci illə müqayisədə 22 milyon 401 min manat və ya 40,9% çoxdur. Bank 2018-ci ildə 54 milyon 813 min manat istehlak krediti verib.
Bankın digər sahələrə verdiyi kreditin həcmi 2018-ci illə müqayisədə 2019-cu ildə ciddi dəyişməyib. Ötən il bank digər sahələrə 697,85 min manat kredit verib ki, bu da 2018-ci illə müqayisədə 17,9 min manat və ya 2,7% çox olub. 2018-ci ildə bank digər sahələrə 679,86 min manat kredit verilmişdi.