“Bank of Baku” bu ilin ilk 6 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb. FED.az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, maliyyə qurumu bu ilin 1-ci yarısını 32 mln 287 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici ötən ilin birinci yarısı ilə müqayisədə 17 dəfə çoxdur.
Bu ilin birinci yarısında bankın cəmi aktivləri ötən illə müqayisədə 2.74% azalaraq 291 mln 237 min manat təşkil edib. Bankın cəmi öhdəlikləri isə 16.12% azalaraq 219 mln 502 min manat olub. Bankın passivləri isə 2.74% azalaraq 291 mln 237 min manat təşkil edib.
Bu ilin 1-ci yarısında “Bank of Baku”nun cəmi faiz və qeyri-faiz gəlirləri 24 milyon 557 min manat, cəmi faiz və qeyri faiz xərcləri isə 50 milyon 610 min manat təşkil edib. Ötən ilin 1-ci yarısında “Bank o Baku”nun cəmi faiz və qeyri-faiz gəlirləri 22 milyon 345 min manat, cəmi faiz və qeyri-faiz xərcləri isə 45 milyon 552 min manat təşkil etmişdi.