FED.az Azərbaycanın ən kiçik banklarından olan “Bank Melli İran”nın gəlir mənbələrini təqdim edir.
"Bank Melli İran" kiçilib - VƏZİYYƏTİ MƏLUM OLDU - HESABAT
Bank ölkəmizdən İran İslam Respublikasına və əks istiqamətdə pul köçürmələri edir. Bank ən aşağı göstəricələrlə ölkəmizin bank sistemində sonuncu yerdədir.
2024-cü ilin ikinci rübünün nəticələrinə görə “ Bank Melli İran”nın gəliri 2 milyon 416 min manat təşkil edib. Bankın gəlir əldə etdiyi mənbələr məhduddur.
Gəlirlərin böyük hissəsi - 2 milyon 404 min manatı kredit portfeli üzrə faizlərdən daxil olub yəni ümumi gəlirin 98%-i.
Bankın ikinci böyük gəlir mənbəyi valyuta əməliyyatlarından əldə etdiyi gəlirlərdir – bu mənbə bankı 8 min manat ilə və ya bütün gəlirlərin 1%-i ilə təmin edib.
Ən az gəlir digər faiz gəlirləri üzrə 4 min manat yəni ümumi gəlirlərin 1%-i həcmində olmuşdur.
Ümumiyyətlə, “Bank Melli İran”nın gəlirlərinin 98%-i faiz, yalnız 2%-i qeyri-faiz gəlirlərindən ibarətdir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
2 404 |
98% |
Komissiya haqları |
|
|
Valyuta əməliyyatlarından gəlirlər |
8 |
1% |
QK-a investisiyadan gəlir |
|
|
Digər banklara depozitlərdən gəlirlər |
|
|
Digər banklara kreditlərdən gəlirlər |
|
|
Digər faiz gəlirləri |
|
|
Digər qeyri-faiz gəlirləri |
4 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
2 416 |
100% |