“Bank Melli İran” 2024-cü ilin ikinci rübünün nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, İran bankı bu iliin ikinci rübündə 2 milyon 403 min manat xalis faiz gəliri əldə edib. Bu illik, müqayisədə 908 min manat və ya 60,7% çoxdur.
Aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmaların həcmi 564 min manat və ya 42% artaraq 1 milyon 912 min manata yüksəlib.
Bankın xarici valyuta əməliyyatları üzrə gəlirləri 7,8 min manat, haqq və komissiya gəlirləri 5,1 min manat, xərcləri isə 73,1 min manat olub.
İllik müqayisə ilə xarici valyuta əməliyyatları üzrə gəlirləri 113,1 min manat (15,5 dəfə), haqq və komissiya gəlirləri 41,7 min manat (9,2 dəfə) azalıb, lakin haqq və komissiya xərcləri 36,6 min manat, başqa sözlə (2 dəfə) artıb.
Bu dövrdə digər gəlirlər 4 min manat, inzibati xərclər 758,7 min manat təşkil edib. İllik müqayisə ilə digər gəlirlər 3,7 min manat (48,1%), inzibati xərclər isə 194.7 min manat (20,4%) azalıb.
Bank ikinci rübü 3 milyon 437 min manat mənfəətlə başa vurub.
Bank 2023-cü ilin ikinci rübündə 2 milyon 83 min manat xalis mənfəət əldə etmişdi. Bu da illik müqayisədə 1 milyon 354 min manat və ya 65% çoxdur.
Hesabat dövründə bank mənfəət vergisi ödəməyib.
“Bank Melli İran” cari ilin II rübündə 114 milyon 856 min manat aktivlərə malik olub. Aktivlər ötən ilin sonu ilə müqayisədə 6 milyon 908 min manat (5,7%) azalıb.
Bunun da 40 milyon 879 min manatını nağd pul vəsaitləri və digər banklardakı müxbir hesablar təşkil edib. Bu göstərici son 6 ay ərzində 5 milyon 351 min manat və ya 11,6% azdır.
Bankın kredit portfeli də 6 ay ərzində 1 milyon 686 min manat və ya 41,3% kiçilərək 2 milyon 393 min manata düşüb.
Ödəniş tarixinədək saxlanılan qiymətli kağızlara investisiyaların həcmi 35 milyon 56 min manat, maliyyə institutlarından alınacaq vəsaitlərin həcmi 33 milyon 116 manat təşkil edib.
Ödəniş tarixinədək saxlanılan qiymətli kağızlara investisiyaların həcmi ötən ilin sonu ilə müqayisədə 58 min manat (0,2%) azalıb, maliyyə institutlarından alınacaq vəsaitlərin həcmi isə 469 min manat (1,4%) artıb.
Bankın öhdəlikləri 70 milyon 262 min manat təşkil edib ki, bu da öətn ilin sonu ilə müqayisədə 10 milyon 415 min manat və ya 12,9% azdır.
Öhdəliklərin 17 milyon 837 min manatı maliyyə institutları qarşısında öhdəliklər, 35 milyon 645 min manatı müştəri hesabları, 16 milyon 353 min manatı subordinasiya borc öhdəlikləri təşkil edib.
2023-cü ilin sonu ilə müqayisədə maliyyə institutları qarşısında öhdəliklər 1 milyon 404 min manat (7,3%), müştəri hesabları 8 milyon 382 min manat (19%), subordinasiya borc öhdəlikləri isə 536 min manat (3,2%) azalıb.
Hesabat dövründə bankın balans kapitalı 3 milyon 437 min manat (8,4%) artaraq 44 milyon 594 min manata yüksəlib, lakin yığılmış zərəri 3 milyon 437 min manat (10,6%) azalaraq 29 milyon 17 min manata düşüb.