2025-ci ilin oktyabrın 1-nə Azərbaycanda bank sektorunda çalışan işçilərin sayı 26 min 872 nəfər təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bank işçilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 176 nəfər, yəni 8,8%, ötən ilin sonuna nəzərən 1 min 509 nəfər, yəni 6%, son bir ayda isə 137 nəfər, yəni 0,5% artıb.
Xatırladaq ki, bank işçilərinin sayı bu ilin sentyabrın 1-nə 26 min 735, ötən ilin sonunda 25 min 363, 2024-cü ilin oktyabrın 1-nə isə 24 min 696 nəfər təşkil edib.




 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








