2021-ci ilin avqust ayında bank işçilərinin sayı 175 nəfər, yanvar-avqust dövründə (8 ayda) isə 636 nəfər artıb.
Banklar depozitlər üzrə daha çox - Faiz Ödəyiblər
2021-ci ilin iyul ayında bank işçilərinin sayı 176 nəfər artmışdı.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ötən ilin sonunda bank işçilərinin sayı 18 min 708 nəfər ikən, 2021-ci ilin avqust ayının sonunda 19 min 344 nəfər təşkil edib.
2020-ci ilin avqust ayı ilə müqayisədə bank işçilərinin sayı 855 nəfər artıb. 2020-ci ilin Avqust ayının sonunda bank işçilərinin sayı 18 min 489 nəfər təşkil etmişdi.
Pandemiyadan əvvəl Azərbaycandakı bank işçilərinin sayı 20 minə yaxınlaşmışdı (31 mart 2020-də 19 min 846 nəfər).
May ayında Azərbaycandakı 26 bankın 466 filialı və 103 şöbəsi fəaliyyət göstərib.(marja)