Azərbaycanda kredit portfeli sürətlə artan banklar məlum olub.
FED.az bankların 2019-cu ilin sonuna olan hesabatlarına istinadən xəbər verir ki, ümumilikdə 30 bank arasında 6-da kredit portfeli azalıb.
Eləcə də bax: Azərbaycanda kredit portfelinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2019)
Digər 24 bankın kredit portfeli isə artıb. Faiz göstəricisi ilə kredit portfelində ən böyük artım “AFB Bank” (65,9%),“Naxçıvanbank” (40,9%), Bank Respublika (36,7%) olub. Kredit portfelində ən çox azalma isə “Ata Bank”(3-rüb üzrə 24,7%) və “Pakistan Milli Bank”ının Bakı filialında (49,7%) olub