2022-ci ilin 1-ci rübünün nəticələrinə görə, Azərbaycanda fəaliyyət göstərən 26 bankın ümumi kredit portfeli 16 milyard 350 milyon manat təşkil edib.
Kredit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.03.2022)
FED.az RENKİNQ xəbər verir ki, ölkənin bank sektorundakı bütün kreditlərin 50%-i – 8 milyard 150 milyon manat ən böyük 3 bankın payına düşür. Bunlar Azərbaycan Beynəlxalq Bankı (ABB), eləcə də «Paşa Holdinq»ə məxsus olan «Paşa Bank» və «Kapital bank»dir.
Azərbaycan bankları 1-ci rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI
Azərbaycanda aktivlərin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.03.2022)
Öhdəliklərin həcmi üzrə - BANKLARIN RENKİNQİ – (31.03.2022)
Azərbaycanda kapital həcmi üzrə - BANKLARIN RENKİNQİ – (31.03.2022)
Kredit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.03.2022)
Ölkədə ən çox kredit verən kredit təşkilatı Azərbaycan Beynəlxalq Bankıdır (ABB) - 3 milyard 20 milyon manat. «Paşa Bank»ın kredit portfeli 2 milyard 603 milyon manat, «Kapital Bank»da 2 milyard 526 milyard manat təşkil edib.
Sıralamada 4-cü «Xalq Bank» tutur, ən çox kredit ayıran bankların ilk 5-liyini bank sektorunun «zəhmətkeş»lərindən olan «Bank Respublika» tamamlayır.
Ölkədə ən az kredit verən banklar isə Pakistan Mərkəzi Bankının Bakı filialı, İran Milli Bankının Bakı filialı və «Bank Avrasiya»dır.
Ölkədə 4 bankın kredit portfeli 1 milyard manatdan yüksəkdir. 3 bankın portfeli 500-1000 milyon manat arasında dəyişir.
5 bankın portfeli 400-500 milyon manat, daha 5 bankın portfeli isə 200-300 milyon manat arasında dəyişir.
5 bankın kredit portfeli 100-200 milyon manat arasındadır, 3 bankın kreditləri 100 milyon manatdan azdır. Onlardan 1-nin kredit portfeli 1 milyon manat da deyil.
Bankların kredit portfellərinin məbləğləri - TAM SİYAHI
Ölkədəki malliyyə qururmlarının bütün renkinqlərini FED.az RENKİNQ-də izləyə bilərsiniz.