Azərbaycanda bu ilin ikinci rübünün sonuna olan vəziyyətə görə kredit portfelinin həcmi ən böyük olan bankların adları məlum olub.
Kredit portfelinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (2025/30.06.2026)
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə bankların rüblük hesabatları əsasında hazırladığı kredit portfelinin həcmi üzrə renkinqə istinadən xəbər verir.
Renkinqə görə, kredit portfeli ən çox olan bank Azərbaycan Beynəlxalq Bankı – ABB Bankdır.
İlk yarım ilin sonuna bankın kredit portfelinin həcmi 7 milyard 601 milyon manat təşkil edir. Siyahıda ikinci yerdə 5 milyard 954 milyon manat kredit portfeli ilə «Kapital Bank» qərarlaşıb.
«PAŞA Bank» isə 3,6 milyard manat kredit portfeli ilə siyahıda üçüncü yerdədir.
Kredit portfelinin həcminə görə, «XalqBank» 1,8 milyard manat portfellə siyahıda dördüncü, «Bank Respublika» isə 1,7 milyard manat kredit portfeli ilə beşinci yerdədir.















