Audit şirkətlərinin fəaliyyəti bank sektorunda şəffaflığın təmin edilməsi üçün xüsusi əhəmiyyət daşıyır.
FED.AZ biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il bankların auditini həyata keçirən şirkətlərdən bəzilərində dəyişikliklər olub. Yəni banklar öz maliyyə hesabatlarının dəqiqliyini başqa şirkətə həvalə ediblər.
Beləliklə, ötən il «AccessBank», «Unibank», «Ziraat Bank» «Bank Avrasiya», «Expressbank», «Bank of Baku» və «Bank Melli İran» öz auditorlarını dəyişiblər. Digər banklar isə audit işlərini eyni şirkətə tapşırıblar.
Ötən il bankların çoxu audit işlərini «Baker Tilly Azerbaijan» audit şirkətinə həvalə ediblər. Belə ki, bu şirkət 2025-ci ildə 8 bankın auditini həyata keçirib. «Ernst & Young Holdings (CIS) B.V.» audit şirkəti 4 bankın, «Deloitte & Touche LLAC» audit şirkəti 3 bankın, «KPMG Audit Azerbaycan» MMC 3 bankın, «Grant Thornton Azerbaijan» audit şirkəti, «Pwc Azerbaijan» audit şirkəti və «Nexia EA» audit şirkəti 1 bankın audit işlərini həyata keçirib.
Audit şirkətlərindən bəziləri öz bank müştərilərini itiriblər. Belə ki, «AccessBank» 2024-cü ildə auditini «Pwc Azerbaijan» şirkətinə tapşırmışdısa, ötən il bu işləri «Deloitte & Touche LLAC» şirkəti görüb. «Unibank» da audit işlərini bu şirkətə həvalə edib, halbuki 2024-cü ildə «Unibank»ı «KPMG Audit Azerbaycan» MMC yoxlamışdı.
Ötən il «Ziraat Bank», «Expressbank» və «Bank Avrasiya» da öz auditlərini «Baker Tilly Azerbaijan» audit şirkətinə həvalə edib. Xatırladaq ki, 2024-cü ildə«Ziraat Bank»ı «Grant Thornton Azerbaijan» şirkəti, «Bank Avrasiya»nı «RSM Azerbaijan» şirkəti, «Expressbank»ı «KPMG Audit Azerbaycan» yoxlamışdı. Bununla da, «RSM Azerbaijan» audit şirkəti Azərbaycanın bank sektorundakı yeganə müştərisini də itirib.
«Bank of Baku» isə öz audit işlərini «Baker Tilly Azerbaijan»dan alaraq «KPMG Audit Azerbaycan» şirkətinə tapşırıb.
«Bank Melli İran» da ötən il auditorunu dəyişib. 2024-cü ildəki şirkəti «Reanda Azərbaycan» audit şirkəti yoxlamışdısa, 2025-ci ildə şirkətin auditini «Nexia EA» şirkəti edib.
Azərbaycan banklarının audit işlərini görən şirkətlər daha ətraflı:
|
№ |
Bank |
2024 |
2025 |
|
1 |
Azərbaycan Beynəlxalq Bankı ABB |
Ernst & Young Holdings (CIS) B.V. |
Ernst & Young Holdings (CIS) B.V. |
|
2 |
Azər‐Türk Bank |
Deloitte & Touche LLAC |
Deloitte & Touche LLAC |
|
3 |
AccessBank |
PWC AZERBAIJAN |
Deloitte & Touche LLAC |
|
4 |
AFB Bank |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
|
5 |
Azərbaycan Sənaye Bankı |
Grant Thornton Azerbaijan |
Grant Thornton Azerbaijan |
|
6 |
Bank Respublika |
PWC AZERBAIJAN |
PWC AZERBAIJAN |
|
7 |
Kapital Bank |
Ernst & Young Holdings (CIS) B.V |
Ernst & Young Holdings (CIS) B.V |
|
8 |
Paşa Bank |
Ernst & Young Holdings (CIS) B.V |
Ernst & Young Holdings (CIS) B.V |
|
9 |
Unibank |
KPMG Audit Azerbaycan" MMC |
Deloitte & Touche LLAC |
|
10 |
VTB bank |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
|
11 |
XalqBank |
KPMG Audit Azerbaycan" MMC |
KPMG Audit Azerbaycan" MMC |
|
12 |
Yelo Bank |
KPMG Audit Azerbaycan" MMC |
KPMG Audit Azerbaycan" MMC |
|
13 |
Ziraat Bank |
Grant Thornton Azerbaijan |
Baker Tilly Azerbaijan |
|
14 |
Bank Avrasiya |
RSM Azerbaijan |
Baker Tilly Azerbaijan |
|
15 |
Yapı Kredi Azərbaycan |
Ernst & Young Holdings (CIS) B.V. |
Ernst & Young Holdings (CIS) B.V. |
|
16 |
Rabitəbank |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
|
17 |
Expressbank |
“KPMG Audit Azərbaycan” MMC |
Baker Tilly Azerbaijan |
|
18 |
Bank of Baku |
Baker Tilly Azerbaijan |
“KPMG Audit Azərbaycan” MMC |
|
19 |
Premium Bank |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
|
20 |
Turan Bank |
Baker Tilly Azerbaijan |
Baker Tilly Azerbaijan |
|
21 |
Bank Melli İran |
REANDA Azərbaycan |
Nexia EA |















