"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 5-nin bu il yanvarın 1-nə kredit portfeli illik müqayisədə az olub.
Eləcə də bax: Azərbaycanda kredit portfelinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2019)
FED.az xəbər verir ki, bunlar "Access Bank", "Premium Bank", "AGBank", "Amrah Bank" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən az azalma "Access Bank"da (1,1%), ən çox azalma isə Pakistan bankında (30,1%) qeydə alınıb.
Qalan 24 bankın kredit portfeli isə artıb. Ən yüksək dinamika "AFB Bank"da (2,1 dəfə), ən aşağı dinamika isə "Muğan Bank"da (6,3%) qeydə alınıb.
Renkinq