Azərbaycanda bu ilin ikinci rübünün sonuna olan vəziyyətə görə kredit portfelini ən çox böyüdən bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə bankların rüblük hesabatları əsasında hazırladığı kredit portfelinin dinamikası üzrə renkinqə istinadən xəbər verir.
Renkinqə görə, kredit portfelini ən çox böyüdən bank «AFB Bank» olub. Bankın kredit portfeli ötən ilin sonundan bəri 101,8 milyon manat (34,8%) artaraq 394,4 milyon manata çatıb.
«Azərbaycan Sənaye Bankı»nın da kredit portfeli 64,7 milyon manat (19%) artaraq 405,4 milyon manata bərabər olub.
Siyahının üçüncü yerində 150,1 milyon manat (16,5%) artım ilə «Bank of Baku» dayanıb. Bankın kredit portfeli 1 milyard 60,8 milyon manata yüksəlib.
Bundan başqa, «VTB Bank» kredit portfelini 37 milyon manat (15,2%) artıraraq 280,6 milyon manata, «Unibank» kredit portfelini 159,9 milyon manat (12,3%) artıraraq 1 milyard 464,5 milyon manata çatdırıb.















