Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il aprelin 1-nə kredit portfeli 1 milyard manatdan çox olub.
Kredit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (31.03.2022)
Kredit portfelinin dinamikası üzrə - BANKLARIN RENKİNQİ (31.03.2022)
Biznes kreditlərinin həcmi üzrə - BANKLARIN RENKİNQİ (31.03.2022)
FED.az xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (3 019,806 milyon manat), “PAŞA Bank” (2 602,727 milyon manat), “Kapital Bank” (2 524,964 milyon manat) və “Xalq Bank” (1 403,784 milyon manat) ASC-lərdir.
Qalan 22 bankdan 19-da kredit portfeli 100 milyon manatdan 1 milyard manata, 3 bankda isə 100 milyon manatdan azdır.
Azərbaycanda 3 bankın kredit portfeli azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-nün bu il aprelin 1-nə kredit portfeli illik müqayisədə az olub.
1 bankın – “Bank Avrasiya” ASC-nin kredit portfeli dəyişməyib.
Qalan 22 bankın isə kredit portfeli artıb. Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan” ASC-də (60,9%), ən aşağı dinamika isə “Xalq Bank” ASC-də (1,9%) qeydə alınıb. (Renkinq)