Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il yanvarın 1-nə kredit portfeli 1 milyard manatdan çox olub.
Eləcə də bax: Azərbaycanda kredit portfelinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (01.01.2022)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (2 866,443 milyon manat), “PAŞA Bank” (2 478,985 milyon manat), “Kapital Bank” (2 281,085 milyon manat) və “Xalq Bank” (1 390,859 milyon manat) ASC-lərdir.
Qalan 22 bankdan 19-da kredit portfeli 100 milyon manatdan 1 milyard manata, 3 bankda isə 100 milyon manatdan azdır.