Cari ilin avqust ayında Azərbaycan banklarının faktorinq əməliyyatları üzrə kredit qoyuluşu 76,2 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin avqustu ilə müqayisədə 32,6 milyon manat və ya 74,8% çoxdur.
Belə ki, ötən ilin eyni dövründə bu göstərici 43,6 milyon manat olub.
Aylıq müqayisədə isə 5,6 milyon manat, 7,9%-lik artım qeydə alınıb.
İyul ayında faktorinq əməliyyatları üzrə kredit qoyuluşu 70,6 milyon manat təşkil edib.
Cari ilin əvvəlindən isə 40,5 milyon manat və 2,1 dəfə artım baş verib.
Belə ki, bu ilin yanvar ayında kredit qoyuluşu 35,7 milyon manat olub