Cari ilin avqust ayında Azərbaycan banklarının akkreditivlər üzrə kredit qoyuluşu 14,9 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin avqustu ilə müqayisədə 1,2 milyon manat və ya 7,5% azdır.
Belə ki, ötən ilin eyni dövründə bu göstərici 16,1 milyon manat olub.
Aylıq müqayisədə isə 1,7 milyon manat, 10,2%-lik azalma qeydə alınıb.
İyul ayında kredit qoyuluşu 16,6 milyon manat təşkil edib.
Cari ilin əvvəlindən isə 2 milyon manat və 11,8% azalma baş verib.
Belə ki, bu ilin yanvar ayında kredit qoyuluşu 16,9 milyon manat olub