Azərbaycan Beynəlxalq Bankının maliyyə vəziyyəti məlum olub. FED.az xəbər verir ki, bu ilin 9 ayı ərzində bankın aktivləri 9 milyard 321 milyon 336 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12% çoxdur. Son bir ildə bankın öhdəlikləri 11,2% artaraq 7 milyard 829 milyon 995 min manata çatıb.
Eləcə də bax:Bakıdakı İran Bankı «çökür» - HESABAT
Azərbaycan Beynəlxalq Bankının müştərilərə verdiyi kreditlər 16 milyon 421 min manat və ya 12,84% artaraq 144 milyon 282 min manat təşkil edib.
Bankın faiz gəlirləri ötən ilin 9 ayı ilə müqayisədə 8.22% və ya 25 milyon 328 min manat artıb, faiz xərcləri 20,70% azalaraq 71 milyon 684 min manat, xalis faiz gəlirləri 20,16% artaraq 262 milyon 510 min manat, qeyri-faiz gəlirləi isə 24,30% artaraq 100 milyon 335 min manat, qeyri-faiz xərcləri isə 36,98% artaraq 113 milyon 176 min manat təşkil edib.
9 ay ərzində Beynəlxalq Bankın gəlirləri 11,5% artaraq 434 milyon 529 min manat, xərcləri isə 6,8%-dan çox artaraq 184 milyon 86 min manat təşkil edib. Nəticədə Bankın 249 milyon 669 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 73 milyon 317 min manatın azad olması mənfəətin 322 milyon 987 min manata yüksəlməsini təmin edib.