Azərbaycan Beynəlxalq Bankı yay məzuniyyəti mövsümündə müştərilərin istəklərini nəzərə alaraq yeni kredit kampaniyasına start verib. “Yay krediti” adlanan bu kampaniyanın əsas özəlliyi ondadır ki, nağd pul kreditini bankdan indi alıb, aylıq ödənişlərə üç ay sonra başlamaq olar. Yəni, müştəri kreditin rəsmiləşdirilməsindən sonrakı ilk üç ayda yalnız aylıq faizləri ödəyir, əsas borcun ödənişinə isə üç ay sonra başlayır.
Bu fürsətdən Azərbaycan Beynəlxalq Bankının bütün maaş kartı sahibləri faydalana bilər. Pensiya kartı sahibləri üçün isə kampaniya çərçivəsində kreditlər mövcud faizlərə 2% endirimlə və komissiyasız təqdim ediləcək.
Kampaniyanın digər özəllikləri:
• Kreditin məbləği - 20.000 manatadək
• Kreditin müddəti - 60 ayadək
• İllik faiz dərəcəsi - 2% endirimlə, 24%-dən başlayaraq
• Kredit 5000 manata qədər olduqda - zaminsiz
• Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ
Kampaniya 23 iyul tarixindən 21 avqust tarixinə qədər keçərlidir.
"Yay krediti"ni Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əməkhaqqı, yaxud pensiya kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əmək haqqı və ya pensiya kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan "Yay krediti"ni sifariş vermək olar. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.
Azərbaycan Beynəlxalq Bankından "Yay krediti"
11:02
23 İyul 2018