Azərbaycan Beynəlxalq Bankında “Donor günü” aksiyası keçirilib. Azərbaycan Talassemiya Federasiyası ilə tərəfdaşlıq əsasında təşkil olunan aksiyada bankın Baş ofis və ayrı-ayrı filiallarının əməkdaşları qan veriblər. Aksiya B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun həkim hematoloqlarının tibbi dəstəyi ilə aparılıb.
Eləcə də bax: "Beynəlxalq Bank"ın IBA Tech Akademiyasına - YENİ QƏBUL BAŞLANDI
Belə bir aksiyanın təşkilində məqsəd talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə dəstək verməkdir. Toplanmış qan ehtiyatı bu uşaqların müalicəsinə yönələcək.
Bankın Baş direktoru Aynur Süleymanlı bildirib: “Azərbaycan Beynəlxalq Bankı müxtəlif istiqamətlərdə ardıcıl korporativ sosial məsuliyyət layihələri həyata keçirir. Donor günü aksiyası da sosial layihələrimizdən biridir. Toplanan hər damla qan bir körpənin həyatda qalmasına yardım deməkdir. Belə donor günlərini gələcəkdə də kollektivimiz üçün nəcib bir ənənəyə çevirmək niyyətindəyik”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.