Azərbaycan Beynəlxalq Bankı Transformasiya Ofisi formalaşdırır
11:4127 Avq 2019
Texnologiyaların sürətli inkişafı, müştəri tələblərinin yüksəlməsi, rəqabətdə baş
verən dəyişikliklərə uyğunlaşa bilmək böyük biznes qurumlarının davamlı
transformasiyasını tələb edir.
FED.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı öz Transformasiya
tədbirlərinin effektiv icrası məqsədilə beynəlxalq təcrübəyə uyğun olaraq
Transformasiya Ofisinin qurulmasına başlayıb və burada işə qəbul üçün vakansiyalar
elan edib.
Transformasiya Ofisində işə qəbul olunan hər bir işçi Bankın digər struktur
bölmələrinin əməkdaşları ilə birgə çalışacaq. Azərbaycan Beynəlxalq Bankının bu
irimiqyaslı layihəsində yaxından iştirak ona bərabər imkanlar mühitində uğurlu
karyera qurmaqla yanaşı, komanda işi vərdişlərini daha da təkmilləşdirmək, yeni bilik
və bacarıqlar əldə etmək, xüsusilə beynəlxalq konsultantlarla müştərək iş mühitində
əlavə təcrübələr qazanmaq fürsəti yaradacaq.
Vakansiyalar üzrə vəzifə öhdəlikləri, namizədlərə tələblər və müraciət qaydaları
ilə buradan tanış olmaq mümkündür: https://www.ibar.az/az/about-bank/human-
resources/
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri
barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet
səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook
səhifəsindən əldə etmək olar.