ABB bankın 2023-cü ilin dördüncü rübü ərzində xərcləri aşağıdaki kimi paylanmışdır :
ABB bank ölkənin bank sistemində xərclərin payına görə 2-ci yerdədir. Bankın ümumi xərcləri 530 milyon 482 min manat təşkil edir.
Beləki hesabat dövrünün dördüncü rübündə bankın xərclərinin ən böyük hissəsi 36%-i digər qeyri-faiz xərclərindən formalaşıb – 183 milyon 892 min manat. Əmək haqqı xərcləri bir qədər az - 157 milyon 234 min manat olmaqla ümumi xərclərin 30%-i həcmində olub.
Kreditlərdə faiz xərcləri formalaşmayıb əvəzində depozitlər üzrə 98 milyon 283 min manat, ümumi xərclərin 19%-i qədər xərc formalaşmışdır.
Bundan əlavə Azərbaycan Mərkəzi bankı qarşısında yaranan kredit xərci 3% - 17 milyon 867 min manat olub.
Bank inizbati xərclərə 25 milyon 470 min manat pul xərcləyib, amortizasiya xərci isə 28 milyon 938 min manat təşkil edib. Hər iki mənbə üzrə formalaşan xərclər ümumi xərclərin 5%-i həcmindədir.
Son olaraq qiymətli kağızlardan faiz xərci bankın ümumi xərclərinin 4%- qədər olub 18 milyon 798 min manat.
Daha ətraflı cədvəldə :
Min manat |
||
Xərc mənbələri |
Məbləğ |
Ümumi xərclərdə payı |
İnzibati xərclər |
25 470 |
5% |
Əmək haqqı xərcləri |
157 234 |
30% |
Depozitlər üzrə faizlər |
98 283 |
19% |
Kredit faizləri |
- |
- |
QK- faiz xərci |
18 798 |
4% |
AMB kredit xərci |
17 867 |
3% |
Amortizasiya xərcləri |
28 938 |
5% |
Digər faiz xərcləri |
- |
- |
Digər qeyri faiz xərcləri |
183 892 |
36% |
Cəmi |
530 482 |
100% |