Azərbaycanda bankların kredit portfelinin həcmi cari ilin avqust ayında 21 814,2 milyon manat təşkil edib.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, bu da keçən illə müqayisədə 3 175,6 milyon manat və ya 17% çoxdur.
2022-ci ilin avqust ayında bu göstərici 21 814,2 milyon manat təşkil edib.
Portfelin bölgüsündə biznes kreditlərinin payı 1 329,8 milyon manat (12,7%) artaraq 11,821,8 milyon manata, istehlak kreditləri 1 115,9 milyon manat (20,6%) artaraq 6 532,6 milyon manata, ipoteka kreditləri 729,9 milyon manat (26,7%) artaraq 3 459,9 milyon manata çatıb.