«Amrahbank» ASC-nin 2019-cu ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlanıb.
FED.az xəbər verir ki, birinci rübdə bankın faiz gəlirləri 3 030 928 manat, faiz xərcləri 3 017 536 manat olub. Birinci rübdə bank kreditlər üzrə ehtimal olunan zəərlər üçün ehtiyatlardan 335 769 manat geri qaytarıb. Nəticədə bankın xalis faiz gəlirləri 349 162 manat təşkil edib.
Birinci rübdə «Amrahbank»ın xalis qeyri-faiz gəlirləri 961 058 manat təşkil edib. Nəticədə Bankın əməliyyat gəlirləri 1 310 220 manat, əməliyyat xərcləri 3 004 776 manat, xalis zərəri 1 694 556 manat olub.
Eləcə də bax: Azərbaycan bankları 1-ci rübü necə tamamlayıb? – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI – YENİLƏNİR
Xatırladaq ki, «Amrahbank» 2018-ci ilin ilk rübünü 5 384 097 manat zərərlə başa vrumuşdu, başqa sözlə son bir ildə bankın zərəri 3 dəfə azalıb.
Birinci rübün nəticələrinə görə, bankın cəmi aktivləri 202 121 559 manat, cəmi öhdəlikləri 184 292 949 manat olub.
2019-cu ilin ilk 3 ayında bankın müştəri hesabları, o cümlədən müddətli və tələbli depozitləri 165 299 372 manat təşkil edib. Bu dövrdə bankın cəmi kapitalı 17 828 610 manat, kredit portfeli 3,9% azalaraq 107 458 min manat təşkil edib.