İnformasiya təhlükəsizliyi müdiri.
Vəzifə öhdəlikləri:
· Bankda informasiya təhlükəsizliyini təmin etmək məqsədi ilə siyasət və prosedurlar, standartlar və proseslər işləyib hazırlayır və tətbiq edir;
· İnformasiya təhlükəsizliyi üzrə rəhbər şurada iştirak edir. Əsas risk göstəriciləri və onların reallaşması statusu, eləcə də informasiya təhlükəsizliyi ilə bağlı qəzaların idarə olunması haqqında dövri hesabatlar təqdim edir;
· Əməkdaşların informasiya təhlükəsizliyi məsələləri ilə əlaqədar məlumatlanma səviyyəsinin artırılması üçün treninqlərin keçirilməsi
· Qanunsuz və ya səlahiyyətsiz giriş hallarını aşkarlamaq məqsədi ilə informasiya sistemlərinə nəzarət olunması və yoxlanması; düzəliş tədbirlərini tövsiyə edən hesabatların hazırlanması;
· Nəzarət vasitələrinin, informasiya təhlükəsizliyi üzrə təcrübə və tədbirlərin auditinin aparılması və kənar təchizatçılar da daxil olmaqla, effektivlik və risk hesabatlarının hazırlanması;
· İnformasiya sistemlərinin inkişaf strategiyasının informasiya təhlükəsizliyi tələblərini əhatə etməsinə nəzarət olunması;
· Mühafizə səviyyəsinin təkmilləşdirilməsi üzrə fasiləsiz prosesin təşkili;
· İnformasiya təhlükəsizliyi sahəsində qəzaların idarə olunması;
· Təhlükəsizliyin pozulması və qəza hallarını sənədləşdirən hesabatların hazırlanması;
· Potensial boşluqları və pozuntuları aşkara çıxarmaq məqsədi ilə informasiya texnologiyaları infrastrukturunun fasiləsiz surətdə qiymətləndirilməsi;
· Fəaliyyətin informasiya təhlükəsizliyi prosedurlarına və siyasətinə müvafiqliyinin mütəmadi olaraq yoxlanması;
· İnformasiya təhlükəsizliyi məsələləri ilə əlaqədar kənar nəzarətedici orqanlarla əlaqə saxlanması;
· Xidmət təchizatçılarının və tənzimləyicilərinin informasiya təhlükəsizliyi tələblərinin tətbiqi;
· İnformasiya təhlükəsizliyi şöbəsinin büdcəsinin idarə olunması;
· İnformasiyanın qorunması tədbirlərinə dair tələblərin formalaşdırıması, mühafizə texnikası və informasiya təhlükəsizliyi sistemlərinin konsepsiyalarının işlənib hazırlanması;
· Pen-testlərin keçirilməsinin təşkili, bankın struktur bölmələrində aşkarlanmış boşluqların aradan qaldırılmasına nəzarət;
· Girişin idarə olunması üçün proqram təminatının təkmilləşdirilməsi və tələblərin irəli sürülməsi;
· Əməkdaşların girişinin departament və şöbə rəhbərləri ilə razılaşdırılması. Girişlərin rol matrislərinin yaradılması və tətbiqi.
· İnformasiya təhlükəsizliyi metrikalarının layihələndirilməsi, tətbiqi və monitorinqi.
Tələblər:
· Ali təhsil (profil üzrə təhsilə üstünlük verilir);
· Bu sahədə ən azı 3 il iş təcrübəsi;
· Layihələrin idarə olunması və informasiya təhlükəsizliyi üzrə proseslərin qurulması sahəsində təcrübə
· Əməliyyat sistemlərinin informasiya təhlükəsizliyinin təmin olunması üzrə daxili vasitə və mexanizmləri bilmək (Windows, *nix)
· Məlumatların qorunması üsullarını və vasitələrini bilmək (şəbəkələrarası ekranlar, müdaxilələrin aşkarlanması sistemləri, mühafizə səviyyəsinin təhlili vasitələri və s.);
· İnformasiya təhlükəsizliyi sahəsində Azərbaycan qanunvericiliyini və tənzimləyicilərin normativ-hüquqi aktlarını bilmək
· Beynəlxalq standartları, analitik hesabatları və s. başa düşəcək səviyyədə ingilis dilini bilmək;
· CISSP, CISA, CISM, Lead Implementer ISO/IEC 27001:2013, CompTIA Security+ (önəm verilir) sertifikatlarının mövcudluğu
· Komandada və müstəqil şəkildə işləmək bacarığı.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Access Bank işçi axtarır – VAKANSİYA
19:56
12 İyul 2019