Azərbaycanın ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı- ABB-nin kredit portfelinin yarısı fiziki şəxslərin payına düşür.
ABB konsolidə edilmiş - MALİYYƏ HESABATLARINI AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə bankın 2024-cü ilin birinci yarısı üzrə konsolidasiya olunmuş hesabatında bildirilir.
Hesabata əsasən 30 iyun tarixinə «ABB Bank» Qrupun kredit portfeli ümumilikdə 5 milyard 874 milyon manat təşkil edir. Bu ilin əvvəlinə nisbətən 783 milyon manat artıqdır.
Kredit portfeli hüquqi və fiziki şəxslər arasında demək olar ki, eyni məbləğdə bölünüb – kreditlərin 2 milyarod 936 milyon manatı hüquqi şəxslərin, 2 milyard 938 milyon manatı isə fiziki şəxslərin payına düşür.
İlin əvvəlindən bəri hüquqi şəxslərə verilən kreditlər 375 milyon manat, fiziki şəxslərə evrilən kreditlər isə 408 milyon manat artıb.