"Azərbaycan Beynəlxalq Bankı"nın işçiləri bu ilin ilk yarısında 3 min 746 nəfərə yaxınlaşıb.
FED.az bunu bankın yarımillik hesabatına istinadən xəbər verir.
Məlumata əsasən bu göstərici ötən ilin sonu ilə müqayisədə 252 nəfər və ya 7,2% çoxdur.
Ötən ilin ilk yarısı ilə müqayisədə işçilərin sayı 452 nəfər, başqa sözlə 13,7% artıb.
Xatırlatma üçün əlavə edək ki, ABB-nin ötən ilin sonuna 3 min 494, ilk yarsında isə 3 min 295 işçisi olub.