Azərbaycanın ən böyük banklarından olan Azərbaycan Beynəlxalq Bankı (ABB) öz fəaliyyətini genişləndirərək innovasiya sahəsində yeni bir addım atıb.
FED.az xəbər verir ki, bankla birbaşa əlaqəli olduğu güman edilən 19 Mart 2025-ci il tarixində "ABB-İNNOVASİYA" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) dövlət qeydiyyatına alınıb.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, yeni şirkətin adı (VÖEN: 1407166161) və hüquqi ünvanı onun birbaşa ABB ilə bağlı olduğunu deməyə tam əsas verir
. Belə ki, “ABB-İNNOVASİYA”nın hüquqi ünvanı – Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 67 – ABB-nin baş ofisinin ünvanı ilə tam üst-üstə düşür.