Bu ilin 1-ci yarısında 500-ə yaxın korporatif müştəri “Azərbaycan Beynəlxalq Bankı” ASC-də hesab açıb. Bu barədə Bankın baş direktoru Nərgizxanım Biləndərli FED.az-a müsahibəsində bildirib.
Eləcə də bax: Beynəlxalq Bankın korporativ müştəriləri - SÜRƏTLƏ ÇOXALIR - YENİ İMKANLAR VAR – MÜSAHİBƏ
Bank rəsmisinin sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 27% çoxdur.
“Hazırda ABB 17 mindən çox korporativ müştəri bazasına malikdir”, - deyə Nərgizxanım Biləndərli bildirib.