Azərbaycanda bəzi sığorta şirkətlərinin sığorta hadisəsi zamanı sürücülərdən qanunsuz tələblər etməsi halları çoxlarına məlumdur. FED.az xəbər verir ki, məşhur sığorta agenti olan Şahin İsmayılov belə hallardan biri ilə bağlı məlumat verib. Onun sözlərinə görə, iştirakçısı olduğu avtomobil qəzası zamanı tərəflərdən biri sığorta şirkətini çağırmaq istəsə də, qarşı tərəf yol polisi gəlməyənə qədər hadisə yerinə gəlməyəcəyini bildirib. Halbuki, qanunvericiliyinə görə, dəyən zərərin məbləğinin 1000 manatdan artıq olmadığı və hadisənin səbəbi ilə bağlı mübahisə yoxdursa, yol polisindən heç bir arayış tələb olunmur.
«Alti il ərzində,Sigorta vasitəcisi işıədiyim dövrdə cox hadisələrlə rastlaşdim. Sigorta firildaqciligi təklifi,geri tarixlə sigorta yazmaq təklifi,hadisə baş verdikdən sonra sigorta müqaviləsi baglamaq təklifi və s... Və bu kimi digər qanunsuzluga cəhdlərlə mübarizə apardim və hər zaman müştərilərimi müdafiə edib,onlarin yaninda oldum.Bu müddət ərzində bir cox problemlərin həllinə nail oldum.Ancaq indiyə kimi hələ də bu Qəza komissarlarinin hansi məssəbə qulluq etdiklərini,hansi mexanizm üzrə işlədiklərini aydinlaşdira bilmədim ki,bilmədim.Ümumiyyətlə satdigimiz sigorta məhsullarinin dəyərliliyi,Sigorta Şirkətlərinin reytinqi qəza komissarlarinin ugurlu işindən cox asilidir.
Daim öz müştərilərimin köməyinə getdiyim halda,onlarin problemlərinin həllini asanlaşdirdigim halda,dünən özüm hansisa bir Sigorta Şirkətinə müraciət etmək məcburiyyətində qaldim.Dünən axşam üstü ofisimin qarşisinda,şadliq evinə toy məclisinə gələn bir sürücü,ehtiyatsizliq edərək,avtomobilimin ön buferini zədələd və təxminən 70-80 manatliq bir ziyan vurdu.Olan işdi,hər kəsin başina gələ bilər...
Sürücü cox inadla təkid etdi ki,hec kim lazim deyil,öz aramizda razilaşaq,toydayam... Dedim yox,olmaz.Cibindən niyə pul verirsən ki? icbari sigortan var,cagir Sigorta şirkətini,gəlsin hadisəni qeyd etsin və ödəniş eləsin.Sən də öz işində ol.Onlar gələndə,cagirarsm düşərsən aşagi.(Sigorta Şirkətinin adini bilərəkdən qeyd etmirəm.Cünki hec vaxt hər hansi bir şirkətin əleyhinə təbligat aparmaq mənə aid iş deyil)
Razilaşdiq.Qardaş zəng elədi.Və bütün dəhşət bundan sonra başladi.
Şirkət nümayəndəsi avtomobilin icbari sigortasini yoxladiqdan sonra,sürücü ilə onun arasinda belə bir dialoq getdi:
«-Yol polisi cagirmisan?
-Yox.
-Yol polisi gəlməsə,biz gələ bilmərik...
-Axi Yol polisinə ehtiyac yoxdu.Ehtiyatsizliq nəticəsində cüzi ziyan dəyib.
-Mümkün deyil.Mütləq yol polisi gəlməlidi və sonra biz gələ bilərik.
-Qardaş,mən toya gəlmişəm.Siz gəlin baxin.Sonra Yol polisin cagirariq.
-Qətiyyən mümkün deyil.Olmaz,vəssalam...»
Telefonu alib,özüm danişmaq məcburiyyətində qaldim.
«-Qardaş,mənim maşinima ziyan dəyib.Mən özüm də sigorta işcisiyəm.Burda hər hansi bir yol hərəkəti qaydalarinin pozuntusu yoxdu,xəsarət yoxdu,və cox cüzi bir ziyan var.Gəlin hadisəni qeyd edin.Yol polisinin gəlib gəlməməsi sizin problem deyil.Yol polisi gəlməyəcəksə,problem sürücünün problemidir. Gəlmirsiz???
Yox...»
Və nəticədə,sürücü təkrarən zöng edib bildirdi:
«Siz məni və dostlarimi bir müştəri olaraq itirdiniz.Mən cox səhv edib sizi secmişəm.Sag olun...
Sag olun».
Sürücü Yol polisinin gəlib cərimə yazacagindan ehtiyat edərək,sigorta xidmətindən imtina etdi və öz aramizda razilaşdiq.
Bundan əlavə,mənim vizit kartimi götürdü və həm özü,həm də dostlari ilə mənə müraciət edəcəyini bildirdi. Sag olsun belə sigorta şirkətini,70-80 manata görə özünün 5-6 müştərisini mənə bagişladi.
Əksər sürücülər Yol polisinin gəlməsindən dəhşət dərəcədə qorxurlar və cox vaxt sigorta xidmətindən də imtina edirlər.Bu kimi hallar deyəsən bəzi şirkətlərə sərf edir.Ancaq bilmək lazimdir ki,belə hallar sigorta şirkətlərinin nüfuzuna cox ciddi zərbə vurur.Bunu unutmaq olmaz.
Bütün bunlari yazmaqda məqsədim,sigorta mütəxəssislərinin,