Çinin «böyük-kiçik» saymayan avtomobil şirkətləri indi də Yaponiya və Almaniya avtomobil dairələrinin «toxunulmaz» sektorun əl qoymağa başlayıblar.
FED.az xəbər verir ki, Çində birdəfəyə 1200 km məsafə qət edə bilən və «Land Cruiser Prado 2024»ə və «Gelendvagen»ə rəqib sayılan avtomobilin – «BYD Leopard 5»in istehsalı başlayıb.
Sentyabrın sonunda ilk seriyalı «BYD Leopard 5» və ya başqa adla «BYD Fang Cheng Bao Bao 5» avtomobili konveyerdən çıxıb.
Bu, BYD şirkətinin yeni sub-brendi olan «Fang Cheng Bao»nun ilk avtomobilidir. Rəsmi məlumata görə, 2024-cü il «Land Cruiser Prado» və «Mercedes G-Class» ilə rəqabət aparacaq plug-in hibrid yolsuzluq avtomobilini 41 000-54 000 dollardan öncədən sifariş etmək olar.
Bao 5, BYD-nin yeni Dual Mode Off-road (DMO) super hibrid platformasından və DiSus-P hidravlik kuzov idarəetmə sistemindən istifadə edən ilk modeldir. Onun tam ötürücü sisteminə 1,5 litrlik mühərrik və iki elektrik mühərriki daxildir. Maşının ümumi gücü 680 at gücünə bərabərdir. Avtomobilin 0-dan 100 km/saata qədər rəsmi sürətlənmə müddəti 4,8 saniyə, yanacaq sərfiyyatı isə 7,8 l/100 km-dir. Bundan əlavə, onun 31,8 kVt/saatlıq Blade batareyası CLTC sikli üzrə 125 km elektrik məsafəsi və 1200 km-ə qədər ümumi məsafəni təmin edir.
Ölçülər 4890 × 1970 × 1920 mm, təkər bazası 2800 mm olacaq. Yeni avtomobildə tam ötürücü sistem üç diferensial kilidə və tankvari dönmə rejiminə malik olacaq.
Üçlü ekran 12,3 düymlük alətlər klasterindən, 15,6 düymlük 2,5 K ölçülü mərkəzi idarəetmə ekranından və 12,3 düymlük ön sərnişin əyləncə ekranından ibarətdir. Baş üstü ekran da var. Avtomobilin kabinəsinə beş nəfəri rahat yerləşir.
Fang Cheng Bao, BYD-nin Denza və Yangwangdan sonra üçüncü sub-brendidir. Modelin satışına yaxın vaxtlarda başlanacağı gözlənilir.