Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yerli mediasına müsahibə verib.
Üçüncü “TOGG” - BU PREZİDENTƏ VERİLDİ
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ərdoğan jurnalistlərin “CHP sədri Kamal Kılıçdaroğluna TOGG avtomobili hədiyyə etməyi düşünürsünüz?” sualına maraqlı cavab verib.
O, Kılıçdaroğluna ölkənin ilk yerli elektrik avtomobili olan TOGG-un hədiyyə edilməyəcəyini bildirib:
“Cənab Kamalı TOGG-a dəvət etdik. Sənaye nazirimiz sizə fabriki göstərsin dedik. Amma o gəlmədi. Fabrikin yerini bilmir. İstehsala inanmır. Hər kəs növbə gözləyir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avtomobilin rəngini belə özü seçib. İlham Əliyev qardaşım da “Anadolu qırmızısı”nı seçdi. Kılıçdaroğlu pulunu ödəyib alar. Nə də olsa, pulu var. Biz necə ödənişi edib almışıqsa, o da alsın”, - deyə Ərdoğan qeyd edib.