İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 6 nəqliyyat vasitəsi özəlləşdirilib.
Start qiyməti 6 750 manat olan "Toyota Corolla” - 13 500 MANATA SATILDI - SİYAHI
FED.az quruma istinadən xəbər verir ki, nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Hərracda satılan avtomobillərə edilən təklif start qiymətindən çox olub. Belə ki, “Nissan Altima” markalı avtomobilin ilkin qiyməti 4.700 manat olsa da, ən son təklif 6.400 manata yüksəlib. Start qiyməti 1.000 manat olan “QAZ 3102” markalı avtomobil isə sonda 3.000 manata satılıb.
Cari ay üzrə növbəti hərraclar 23 və 30 yanvar tarixlərində keçiriləcək.
Bakı şəhəri üzrə 16 yanvar 2024-cü il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısı
№ |
Balanssaxlayıcı təşkilatın adı |
Avtonəqliyyat vasitəsinin markası |
Dövlət nömrə nişanı |
Buraxılış ili |
Hərraca çıxarılan ilkin satış qiyməti (manat) |
Yekun satış qiyməti (manat) |
Protokol №-si və tarixi |
1 |
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "Cihaz İstehsalat Birliyi" MMC |
ZIL-MMZ-4502 yük |
10 AU 765 |
1989 |
1500 |
2400 |
30/23 27.11.2023 |
2 |
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "Cihaz İstehsalat Birliyi" MMC |
QAZ-3110 minik |
10 AC 595i/o |
2000 |
800 |
1000 |
30/23 27.11.2023 |
3 |
Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının Aparatı |
Nissan Altima minik |
10 AY 505 |
2006 |
4700 |
6400 |
30/23 27.11.2023 |
4 |
"Xalq qəzeti" redaksiyası |
QAZ 322132 mikroavtobus |
10 AJ 646 |
1997 |
1000 |
1010 |
30/23 27.11.2023 |
5 |
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu |
QAZ 3102-121 minik |
10 AH 854i/o |
2004 |
1000 |
3000 |
30/23 27.11.2023 |
6 |
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 132-134 nömrəli Təhsil Kompleksi |
Nissan Altima minik |
90 AU 867 |
2005 |
4400 |
5300 |
30/23 27.11.2023 |