Elektriklə işləyən avtomobil sahiblərinin təqribən yarısı növbəti dəfə avtomobilini dəyişəndə adi maşın alırar.
FED.az xəbər verir ki, bu maraqlı yenilik S&P Global Mobility şirkətinin avtomobil sahiblərinin loyallığın araşdırmaq məqsədilə aparılan araşdırmada aşkar edilib.
Bununla yanaşı, araşdırma göstərib ki, elektrik avtomobilləri arasında alıcıların ən sadiq qaldığı maşınlar «Tesla»lardır.
«S&P Global Mobility»nin araşdırması göstərir ki, əsas elektrik avtomobillərindən istifadə edən şəxslərin orta loyallıq dərəcəsi 52,1% təşkil edir. Yəni elektromobil sahiblərinin 52%-i növbəti dəfə yenə elektrik maşını alacaq, qalan hissə isə daxili yanma (benzin dizel) mühərrikli maşina keçəcək.
Araşdırma nəticəsində məlum olub ki, «Nissan» elektromobillərinin sahiblərinin 63,2%-i növbəti avtomobil kimi yenə elektrikli avtomobil alacaq. Beləliklə, yapon avtomobil istehsalçısı sadiqlik səviyyəsi 60,6% olan «Chevrolet»i qabaqlayıb. Fərdi modellərə nəzər saldıqda, S&P Global Mobility müəyyən etdi ki, «Ford Mustang Mach-E» sahibi olan şəxslərin 37,3%-i növbəti avtomobil kimi elektrikli avtomobil alıb, 45,8%-i isə benzinlə işləyən avtomobilə keçib.
«Chevrolet Bolt» sahiblərinin 60,7%-i növbəti avtomobil kimi başqa elektrik avtomobilinə keçir.
Araşdırma göstərib ki, maşın sahibləri dəbdəbəli elektromobillərə daha sadiq qalırlar və bəzi markalarda bu rəqəm 60%-lik həddə çatır.
Məsələn, «Mercedes-Benz»in elektromobillərinin sahiblərinin 56,6%-i növbəti avtomobili kimi yenə elektrik avtomobili alacaq. «Jaguar» sahiblərinin elektrik avtomobillərinə sadiqliyi 56,5%-ə, Audi-ninki 50,1%-ə, Porsche-nin nəticəsi 36,8%-ə çatır.
Bazar lideri «Tesla» isə alıcıların da dəyişməz rəğbətini qazanıb. Alıcıların bu markaya sadiqliyi 76,7%-ə yüksəlib.
Maraqlıdır ki, BMW elektromobil sahibləri arasında elektrik avtomobillərinə sadiqlik 46,6%-dən 45,9%-ə düşüb.