Son illər ölkəyə idxal edilən avtomobillər üçün aksiz dərəcələrinin yüksək olması, xaricdən əsasən kiçik mühərrikli avtomobillərin gətirilməsinə səbəb olub.
Eləcə də bax: Avtomobil kreditlərinin şərtinin - Dəyişdirilməsi Təklif Olunub
FED.az xəbər verir ki, mühərrikin həcminin azalmasına baxmayaraq, avtomat sürət qutusuna tələbat azalmayıb. Ölkə sakinləri əvvəlki kimi məhz avtomat sürət qutulu avtomobillərə üstünlük verirlər.
Eləcə də bax: Naxçıvanda yeni avtomobilin istehsalı başladı - 6,2 LİTR YANDIRIR - OİYMƏT
FED.az hazırda ölkədə satılan avtomat sürət qutulu ən ucuz avtomobillərin siyahısın təqdim edir:
“LADA Granta” – 16 500 manat
Mühərrik həcmi 1,6 litrdir, 98 at gücündədir. 12 aylıq 18-19% ilə 9600 manat ilkin ödənişlə əldə edə bilərsiniz.
Ravon Nexia R3 – 18 500 manat
Avtomobil 110 at gücündədir. Mühərrikinin həcmi 1,5 litrdir. Bu avtomobili 36 aylıq kreditlə ilkin ödəniş 6 366 manat olmaqla ayda 493 manata sahib ola bilərsiniz.
Eləcə də bax: Bakıda «Skoda»nın 3 yeni modeli – QİYMƏTLƏR, ŞƏRTLƏR
Ravon R4 – 19 700 manat
106 at gücü, 1,5 litr mühərrik həcmi olan bu avtomobilin ilkin ödənişi 5 150 manatdır. Avtomobili 12 aylıq ayda 1440 manata, 24 aylıq ayda 802 manata, 36 aylıq ayda 593 manata, 48 aylıq ayda 491 manata əldə edə bilərsiniz.
Renault Logan – 22 950 manat
Mühərrik həcmi 1,6 litr, 102 at gücündədir. Avtomobilə aylıq 400 manat ödəməklə sahib ola bilərsiniz. İlkin ödəniş 13 min 550 manat, kredit müddəti 3 ildir.
Eləcə də bax: «Mitsubishi Pajero»ların istehsalı dayandırılır – MAŞIN SATILMIR
Nissan Sunny – 23 630 manat
99 at gücünə malik, 1,5 litr mühərrik həcmi olan bu avtomobili illik 16%-lə əldə etmək mümkündür. Kredit müddəti maksimum 4 ildir.
LADA Vesta – 23 700 manat
1,6 litr mühərrik həcmi olan 113 at gücünə malik bu avtomobilə 50 aya aylıq 535 manat ödəməklə sahib ola bilərsiniz. İlkin ödəniş 6 200 manatdır.
Eləcə də bax: «Xəzər» avtomobillərinin - QİYMƏTİ ENDİRİLİR – MƏBLƏĞLƏR
Chery Tiggo – 23 800 manat
1,5 litr mühərrikli, 112 at gücündədir. Avtomobili ilkin ödəniş 6000 manata aylıq 25% ilə 4 ilə qədər müddətə əldə edə bilərsiniz.
Renault Sandero – 25 330 manat
1,6 litrlik mühərrik 102 at gücü verir. İlkin ödəniş 50%-dir. 5 ilədək faizsiz kreditlə əldə etmək olar.
Eləcə də bax: «Improtex Motors» şirkəti ilk dəfə BMW İ3 elektromobilini - TƏQDİM ETDİ
Kia Rio – 25 800 manat
1,4 litr mühərrik həcmi, 100 at gücü olan avtomobilin ilkin ödənişi 50%-dir. Kredit müddəti 4 ilə qədər.
Baic M 60 – 25 900 manat
1,5 litr mühərrik həcmi, 148 at gücü. 36 ay üçün ilkin ödəniş 8 178 manat, aylıq ödəniş 722 manatdır. 48 ay üçün ilkin ödəniş 8 319 manat, aylıq ödəniş 592 manatdır.