Bu ilin birinci yarısında Azərbaycana xaricdən 547 ədəd elektromobil gətirilib.
Bu il Azərbaycana 500-dən çox elektromobil idxal edilib
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal olunan elektromobillərin ümumi dəyəri 14 milyon 442 min dollar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən elektromobillərin sayı 382 ədəd (41,1%), ümumi dəyəri isə 17 milyon 183 min dollar (2,2 dəfə) azalıb.
Xatırladaq ki, ötən ilin ilk yarısında ölkəyə 31 milyon 625 min dollar dəyərində 929 ədəd elektromobil gətirilimişdi.
Bu il gətirilən elektromobillərin bir ədədinin orta qiyməti 26 min 402 dollar (44 min 885 manat) təşkil edib. Bu, ötən ilin eyni dövründə idxal olunan elektromobillərdən 7 640 dollar (12 988 manat) və ya 22,4%) ucuzdur.
Qeyd edək ki, ötən il ölkəyə gətirilən elektromobillərin bir ədədinin orta qiyməti 34 min 42 dollar (57 min 872 manat) olmuşdu.














