Taksi şirkətlərinin çox olması bazarda rəqabəti təmin etsə də, müştəriləri bəziləri hələ də bazardakı bir neçə il əvvəlki daha ucuz qiymətləri xatırlayaraq indiki qiymət bahalığından narazıdırlar.
AMB taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, taksi xidmətləri bazarındakı tənzimləmədən sonra ümumi qiymət artımı olsa da, və qiymətlər bir-birinə yaxınlaşsa da, yenə də bəzi şirkətlər arasında gediş haqqında ciddi fərqlər qalır. Bəs taksi sifariş etmək üçün hansı şirkət daha sərfəlidir?
Hazırda ölkədə, daha dəqiqi Bakıda 10-dan artıq taksi şirkəti fəaliyyət göstərir. Bunların arasında beynəlxalq taksi operatorları ilə yanaşı, hələ də gücünüqoruyub saxlaya bilən yerli operatorlar da qalır.
FED.az biznes və maliyyə xəbərləri portalı taksilərdə gediş haqlarını müqayisə etmək üçün Bakıda populyar marşrut üzrə taksi şirkətlərinin təklif etdiyi qiymətləri araşdırıb. İstiqamətlər:
1. «Şamaxinka» adlanan ərazidən «Gənclik Mall»a;
2. «28 May» metrostansiyası ətrafından Heydər Əliyev Hava Limanına;
3. «Sədərək Ticarət Mərkəzi»ndən «Elmlər Akademiyası» metrostansiyasına;
4. «20 Yanvar» metrostansiyasından Zabrat dairəsinə;
5. «Azneft» dairəsindən Mərdəkan qəsəbəsinin mərkəzinə olan məsafələri əhatə edir.
Taksi sifarişlərinin qiyməti zamandan asılı olaraq dəyişə bilir. Xüsusilə də tıxacların çox olduğu pik vaxtlarda qiymət artımları olur. Qiymətə təsir edən digər amil də hava şəraitidir, yağışlı havalarda şirkətlər daha yüksək qiymətlər təklif edir.
Sözügedən 5 marşrut üzrə Bakıda xidmət göstərən taksi şirkətlərinin standart sinif üzrə təklif etdiyi qiymətləri təqdim edirik:






![Bakıda ən ucuz taksi hansıdır? –[red] QİYMƏTLƏR, ŞİRKƏTLƏR, MÜQAYİSƏ[/red] | FED.az](/upload/news/small/2280333.jpg)
![Bakıda ən ucuz taksi hansıdır? –[red] QİYMƏTLƏR, ŞİRKƏTLƏR, MÜQAYİSƏ[/red] | FED.az](/upload/news/small/2224521.png)









